Bu gün Niderland seçməsi DÇ-2022 çərçivəsində çıxdığı ilk matçda Seneqalı 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, görüş "zanbaqlar"ın ulduz müdafiəçisi Vircil van Deyk üçün əlamətdar olub.
Belə ki, dünya çempionatlarının final mərhələlərində debüt edən 31 yaşlı van Deyk həm də milli formada yubiley - 50-ci matçını keçirib.
Qeyd edək ki, Niderlandın yer aldığl A qrupunda Qətər və Ekvador milliləri də yer alıb.