"Barselona"nın baş məşqçisi Xavi DÇ-2022-nin favoritlərini açıqlayıb.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, sabiq yarımmüdafiəçi ölkəsinin yığmasını ən şanslılar arasında görmür:
"Braziliya və Argentina Avropa yığmalarından bir addım öndədirlər. Hazırda Neymar və Messi çox yaxşı formadadırlar. Fransa, İspaniya, Almaniya, Portuqaliya, İngiltərə, Belçika və Xorvatiyanın da uğur qazanmaq şansı var. Ancaq dediyim kimi, əsas favoritlər cənubi amerikalılardır.
İspaniyanın şansları? Luis Enrike güclü xarakterə malik insan, əla məşqçidir. O, yaxşı komanda formalaşdırıb. Ümid həmişə var. Komandaya inanmaq lazımdır. Bu barədə bədbin deyiləm".