Güvənc Kurtar "Simurq"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi Premyer Liqanı tərk edib-etməyəcəklərini hələ bilmədiyini deyib:
"Çətin oyun oldu, ilk hissədə 5 real qol imkanından yararlana bilmədik. “Simurq”un heyətində yaxşı futbolçular var. Sona qədər mübarizə apardılar. İkinci hissədə külək də sürətini artırdı, oynamaq daha da çətinləşdi. Amma qələbəni əldən vermədik. Premyer Liqadan düşüb-düşməyəcəyimizi hələ bilmirik. Sona qədər mübarizə aparacağıq. “Sumqayıt” da, “Rəvan” da çempionata lazımlı komandadı".
Fanat.az