Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” bu turnirin birinci təsnifat mərhələsində Skopye “Metallurg”u (Makedoniya) ilə ilk oyun öncəsi ciddi itki ilə üzləşib. Azeisport.az xəbər verir ki, Ağdam klubu çətin səfər matçında aparıcı müdafiəçisi Maksim Medvedevin xidmətindən yararlana bilməyəcək.
Buna yığmamızın üzvünün son yoxlama oyununda aldığı zədə səbəb olub. Nəticədə, həkimlər Medvedevin bir müddət yaşıl meydanlardan kənar qalmasının vacibliyini bildiriblər.
Qeyd edək ki, “Metallurg” – “Qarabağ” matçı sabah Skopyedə keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
İdman24.az