“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avropa Liqasının birinci təsnifat mərhələsinin Makedoniya “Metallurg”u ilə səfər oyunu zamanı komandanın yeni transferi – hollandiyalı Leroy Corcun irqçiliyə məruz qalmasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, mən özüm heç nə eşitmədim. Mənə elə gəlir ki, hakim də protokolda heç nə qeyd etməyib. Əks halda bizim bundan xəbərimiz olardı. Əlbəttə, stadionlarda belə hadisələr baş verməməlidi. Böyük ehtimalla biz buna görə UEFA-ya şikayət etməyəcəyik. Çünki ilk oyunda qələbə qazanmışıq. Onlardan güclü olduğumuzu meydanda sübut etmək istəyirik”.