İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçirilib. Püşkatma nəticəsində turnirdəki təmsilçimiz “Araz”ın mübarizəyə qoşulacağı əsas seçmə mərhələdəki rəqibləri müəyyənləşib. "Araz" VI qrupda “Targu Mures” (Rumıniya), “Şatelino” (Belçika) və ilkin seçmə mərhələnin H qrupunun qalibi ilə qarşılaşacaq. H qrupunda “Atina 90” (Yunanıstan), “Anji” (Estoniya) və “Vikingur” (İslandiya) komandaları mübarizə aparacaq.
“Araz”ın çıxış edəcəyi qrupun oyunları Rumıniyada keçiriləcək.
İdman24.az