Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, ötən mövsümün sonlarından etibarən vətəninə istirahətə yollanan yığmamızın milliləşdirilmiş futbolçusu özünə yeni klub axtarır.
Onun karyerasını “Sumqayıt”da davam etdirmək ehtimalı daha yüksəkdi. Düzdü, onun adı bir sıra klublarımızla çəkilsə də, məhz “Sumqayıt” variantı daha inandırıcı görünür.
Qeyd edək ki, Çertoqanovun son klubu “Qəbələ” olub.
İdman24.az