“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi olan Polşanın “Pyast” klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Qlivitsa təmsilçisinin əsas qapıçısı Dariuş Trela qarşıdakı mərhələnin hər 2 matçını buraxmaq məcburiyyətində qalıb.
Buna səbəb qolkiperin zədələnməsidir. Bu gün əməliyyat masasına uzanacaq Dariuş iyulun 18-də ilk, 25-də cavab oyununda meydana çıxa bilməyəcək. Bu isə o deməkdir ki, “Qarabağ” səfərdə məğlub etdiyi Makedoniya təmsilçisi “Metallurq”u keçəcəyi halda qarşısında polşalıların əsas qapıçısını görməyəcək. Trela əməliyyatdan 2 həftə sonra məşqlərə başlaya biləcək.
İdman24.az