14:19 11.07.2013 866

Ağasəlim Mircavadov klublarımızın şanslarını dəyərləndirdi

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi

- Bu gün üç klubumuz Avroliqanın  I təsnifat mərhələsinin cavab oyununa çıxacaq. İlk oyunun nəticələrinə əsasən komandalarımızın şanslarınızı necə qiymətləndirirsiniz?

- Başlayaq “Qarabağ”dan. Bu komanda səfərdə “Metallurq”a 1:0 hesabı ilə qalib gəlməklə mərhələnin taleyini böyük ölçüdə öz xeyrinə həll edib. Ancaq bu, o demək deyil ki, “Qarabağ” bugünkü oyuna rahat çıxacaq.  Makedoniya həmişə futbol ölkəsi olub. Ona görə də “Qarabağ” bu gün çox diqqətli olmalıdır. Xüsusilə müdafiədə ayıq-sayıq olmaq lazımdır. Çünki rəqib bir qol vursa, hesab bərabərləşəcək və “Qarabağ” çox təhlükəli duruma düşəcək. Arzu edirəm ki, “Qarabağ” ənənəvi oyununu göstərə bilsin. Belə olsa, ikinci mərhələyə adlayacaq. “Qarabağ”ın taleyi öz əlindədir. Sadəcə, komandaya motivasiya lazımdır. “Xəzər Lənkəran”ın isə şansı “Qarabağ”dan azdır. Səfərdə 1:1 hesabının qeydə alınması aldadıcı ola bilər. Çünki “Xəzər Lənkəran” Maltada yaxşı oynamadı. Öz qapısından qol buraxmaqla işini çətinləşdirdi. Avropa oyunlarında qol buraxmaq növbəti oyunda komandanı həyacanlı edir. Bununla belə, düşünürəm ki, “Xəzər Lənkəran” böyük azarkeş toplusu qarşısında qalib gələcək və ikinci mərhələyə keçəcək. “İnter”ə gəldikdə isə, bu komanda dogma meydanda qol buraxmaqla özünə problem yaratdı. “İnter” hesabı açdıqdan sonra müdafiəyə meyilli oldu. Təşəbbüsü əldən verdilər. Ancaq “İnter”  qol vurduqdan sonra da hücumlara ara verməməli idi. Mərhələnin taleyini həll etmək üçün öz meydanında daha çox qol vurmalısan. Onu da qeyd edim ki, “İnter” səfərdə daha yaxşı oynayan komandadır. Buna görə də “İnter”in də növbəti mərhələyə keçəcəyinə inanıram.

- Komandalarımızın ilk oyununa baxdıqda hansı çatışmazlıqları gördünüz?

- Hazırlıq dövrünün qısa olmasına görə, klublarımızda müəyyən problemlər oldu. “İnter” hazırlığa ən birinci başlasa da, elə ən böyük problem də bu komandadadır. Çünki 2-3 ildir ki, “İnter”də hücumçu qıtlığı var. Hələ ki, bu problem aradan qaldırmayıblar.  

- “Qarabağ” və “Xəzər Lənkəran”ın yeni transferlərlə çıxışını necə qiymətləndirirsiniz?

- “Xəzər Lənkəran”ın yeni transferlərinin çoxu Azərbaycanda oynayan futbolçudur. Ona görə də komandaya uyğunlaşmaq çətin olmayacaq.  “Qarabağ”ın yeni transferlərinin oyununu isə bugünkü oyunda görəcəyik.

- Sizcə, bugün öz meydanımızda oynayan “Qarabağ” və “Xəzər Lənkəran” hansı taktika ilə çıxış etməlidir?

- Bizim komandalarımız o dərəcədə inkiş etməyib ki, hər oyuna bir taktika ilə çıxa bilsinlər. Ona görə də, hər bir komandamız öz taktikası ilə oynamalıdır. Əsasən də “Qarabağ”a öz oyununu oynamaq lazımdır. Çünki “Qarabağ” topu özündə yaxşı saxlamağı bacarır. Səfərdən qələbə ilə qayıtdığı üçün “Qarabağ” rəqibin topa nəzarət etməsinə imkan verməməlidir. Çünki “Metallurq” hesabda geridir və ilk dəqiqələrdən hücuma atılacaq.

- Sırf hücum futboluna üstünlük verilməlidir, yoxsa müdafiə olunaraq, əks hücumlara keçmək lazımdır?

- “Xəzər Lənkəran” və “Qarabağ” ilk oyunun nəticəsinə görə, sərbəst oynamalıdır. Yəni hazırkı nəticə onları qane etdiyi üçün müdafiəyə ciddi fikir verərək, yeri gəldikcə hücumlara atılmalıdır. Ancaq “İnter” mütləq səfərdə qol vurmalıdır. Ona görə də,  ilk dəqiqələrdən hücum futbolu oynamalıdır.  Bununla yanaşı hər bir komandanın öz oyun üslubu var. Bu üslubdan kənara çıxanda komandalarımızın oyunu alınmır. Ona görə də dediyim ki, hər bir komandamız öz oyununu oynamalıdır.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X