UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la Polşanın “Piast” klubları arasındakı ilk oyunun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21.00-da başlayacaq.
Qeyd edək ki,“Qarabağ” - “Piast” matçı iyulun 18-də keçiriləcək. Cavab matçı isə bir həftə sonra səfərdə baş tutacaq.
İdman24.az