15:48 15.07.2013 666

""Neftçi"nin hədəfi Çempionlar Liqasının qrupuna düşməkdir"

“Neftçi” klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi

- Komandanızın Avstriyadakı hazırlıqları necə keçdi?

- Yüksək səviyyədə. Əvvəlki illərlə müqayisədə bu dəfə daha ağır məşqlər etdik. Yüksək yerlər uğrunda mübarizə aparırıqsa, hazırlıqlara çox məsuliyyətlə yanaşmalıyıq. Ona görə də həddindən artıq ciddi hazırlaşmalıyıq.

- Yoldaşlıq oyunlarında komandanız qalib gələ bilmədi. Bu, rəqiblərin güclü olması ilə bağlı idi, yoxsa qələbə sizin üçün önəmli deyildi?

- Demək olar ki,  son oyunda fərqli heyətlə onadıq. Qalan bütün oyunlarda əsas heyətlə çıxış etdik. İmkan daxıilində bütün futbolçular oyunlarda iştirak etdi. Komandamız oyunların çoxuna yorğun vəziyyətdə çıxırdı. Ola bilsin, bunlar nəticəyə təsir edib. 1:2 hesabı ilə uduzduğumuz son oyunda isə heyətimizin əksəriyyəti cavan futbolçular idi. Yenə də həmin oyunda komandamız pis tədir bağışlamadı.

- Həmin oyunlarda yeni gələn futbolçulr necə təsir bağışladı?

- Hər üçünün oyunu seçilir. Çünki yaxşı komandalarda oynamış, təcrübəli futbolçulardır. Kanales komandadan getsə də, əvəzinə iki hücumçu gəlib. Bahadir Nasimov da əvvəlki formasına düşüb. Ona görə də hücum xətttimizdə elə bir problem görmürəm.

- Çempionlar Liqasındakı rəqibiniz – Albaniyanın “Skenderbeu” komandası haqda nə deyə bilərsən?

- Hələ ki, rəqibin oyununu izləməmişəm. Bu gündən klubun bazasına yığışmışıq. “Skenderbeu”nun oyunlarına baxacağıq, baş məşqçi öz tapşırıqlarını verəcək. Rəqibi dərindən analiz edəcəyik. Onu deyə bilərəm ki, “Skenderbeu” da öz ölkəsinin çempionudur. Hər komanda öz ölkəsinin adını təmsil edir. Bu mənada, rəqibə zəif demək olmaz. Bizi çox çətin oyun gözləyir.

- Bəs “Neftçi” ilə müqayisədə “Skenderbeu”nu zəif saymaq olar? Mütəxəssislər “Neftçi”ni rəqibdən güclü sayır.

- Bizim Avroliqadakı uğurlarımıza görə futbol ictimaiyyəti “Neftçi”ni güclü sayır. Çünki “Neftçi”nin təcrübəsi, maddi vəziyyəti “Skenderbeu”dan üstündür. Amma Avropada futbol getdikcə inkişaf edir. Bəlkə də, rəqib bizim beş oyunumza baxıb, bizi daha yaxşı tanıyırlar. Biz bu oyunun məsuliyyətini yaxşı dərk edirik.  Tam gücümüzlə hazırlaşırıq.

- Komandanız hazırkı gücü ilə Çempionlar Liqasında uğur qazana bilər, yoxsa keçən ilki kimi Avroliqada irəliləmək istəyirsiniz?

- “Neftçi”nin hədəfi ÇL-ın qrup mərhələsinə düşməkdir. Əvvəlcə ÇL-i düşünürük. Avropada uğur qazanmaq bizə çox lazımdır. Buna ehtiyacımız var. Bacarığımız qədər mübarizə aparacağıq.

- Avroliqada iştirak edən komandalarımızın oyunu haqda nə deyə bilərsən?

- Hər üç komandanın oyununu izlədim. Bunlardan “Qarabağ”ın oyunu qeyd edə bilərəm. Çünki demək olar ki, komanda sabit heyətlə oynayır. Yaxşı hazırlıq keçiblər. “İnter” də əla təsir bağışladı. “Xəzər Lənkəran”da pis çıxış etmədi. Ancaq “Qarabağ”ın çıxışını daha çox bəyəndim. Bu komandadan uğur gözləmək olar.

- “Xəzər Lənkəran”ın növbəti mərhələdi rəqibi “Makkabi” (Hayfa) ilə yoldaşlıq oyunu keçirdiniz və 0:3 hesabı ilə mğlub oldunuz. Bu baxımdan “Xəzər Lənkəran”ı növbəti mərhələyə keçmək şansının az olduğunu demək olar?

- Biz “Makkabi” ilə yorğun halda oynadıq. Həm də rəqib bizi daha yaxşı tanıyırdı. Çünki biz ötən il Avroliqada xeyli oyun keçirdik. Ona görə onlar qalib gəlməyi daha çox istəyirdi. Nəticəyə çox da önəm vermirdik. Ancaq “Xəzər Lənkəran” üçün çətin komandadır.

- “Makkabi”ni “Xəzər “Lənkəran”dan birbaş güclü saymaq olar?

- Məncə, olar. Hər iki komanda ilə oynamışam. Səviyyələrini bilirəm. “Makkabi” “Xəzər Lənkəran”dan üstündür. Ancaq şansları 50/50-yə görürəm. Birinci oyundan çox şey asılıdır.  “Xəzər Lənkəran” səfərdən sərfəli nəticə ilə gəlsə, turu keçə biləcək. 

- Bəs “Neftçi”nin şanslarını necə görürsən?

- Öz meydanımızda oynayacağıq. Bizim üstünlüyümüz var. Şanslarımızı heç vaxt 50/50-yə qiymətləndirməzdim. Ən azından birinci oyunda qalib gəlməliyik. 

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X