Polşanın “Pyast” klubunun məşqçiləri Avropa Liqasında debütdə uğur qazanacaqlarına əmindirlər. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Marçin Broş “Qarabağ”ı keçərək, III təsnifat mərhələsinə çıxacaqlarına inanır.
Onun köməkçilərindən biri isə qısa da maraqlı açıqlama verib. Söhbət məşhur polşalı qapıçı, millinin və “Real”ın sabiq üzvü İrji Dudekun kiçik qardaşı Dariuş Dudekdən gedir. 38 yaşlı məşqçinin sözlərinə görə, ilk dəfə Avropada çıxış etsələr də, büdrəmək fikirləri yoxdur: “Rəqib haqda çoxlu informasiyamız var. Qarşıdakı oyunlarda həqiqətən sürpriz etmək istəyirik”.
Qeyd edək ki, ağdamlılar ilk oyununu iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab matçını 25-də Qlivitsa şəhərində keçirəcək.
İdman24.az