Bu gün Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığma komandası yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində ukraynalı həmyaşıdları ilə qüvvəsini sınayıb. Qəbələ şəhər stadionunda keçirilən matç ispaniyalı Patrisia Qonsalesinin yetirmələrinin qələbəsi ilə nəticələnib.
Yoldaşlıq görüşü
AZƏRBAYCAN - UKRAYNA - 3:2
İdman24.az