Türkiyədən qayıtdıqdan sonra vətəndə 3 günlük istirahət edən “Qəbələ” yenidən hazırlıq keçmək üçün ölkə xaricinə yollanıb. Apasport.az saytının məlumatına görə, hazırda Frankfurtda olan komanda Avstriya yolçuluğuna saat 04.20-də başlayıb.
“Qəbələ” Zaltsburq şəhərinə yollanmaq üçün Almaniyanın ərazisindən də keçməli olub. Belə ki, Yuri Syominin yetirmələri ənənəvi Bakı – Frankfurt – Zaltsburq marşrutuna üstünlük verib.
Qeyd edək ki, “Qəbələ” iyulun 28-dək Avstriyanın “Trend Austria” otelində qalacaq. Komandanın burda 3 yoxlama oyunu keçirməsi planlaşdırılıb.
İdman24.az