11:38 16.10.2014 353

Osiyek faciəsinin səbəbləri -DÖVRİ MƏTBUATDAN

Osiyek faciəsi hələ uzun müddət azərbaycanlı futbolsevərləri pərişan edəcək.  Matçdan öncə gördüyü işin nəticəsi göz önündə olan Berti Foqtsun komandasının “dama-damalar”a uduzacağına əmin olanlar belə, 0:6 hesabının qeydə alınacağını ağlından keçirmirdi. Fiaskonun səbəblərini yada salmaq vaxtıdı.


Yanlış taktika

Komandanı meydana 5-4-1 taktiki düzümü ilə çıxaran Foqts milli üzvlərini adət etmədiyi sxemlə oynamağa təhrik etmişdi. Əlbəttə, futbolu normal olan ölkələrdə oyunçular hələ kiçik yaşlarından taktika anlayışını mənimsəyir. Ancaq azərbaycanlılara Frankfurt toplanışında bir neçə dəfə məşq etdiyi düzümlə mübarizə aparmaq cəhənnəmdən od gətirmək qədət çətin idi. Meydanda kim nə edəcəyini bilmirdi. Rəqibin təzyiqi isə 15-ci dəqiqədən futbolçularımızın bildiyini də yaddan çıxarmasına yol açdı. 2008-ci ilin yazından yığmanın “sükanı arxası”nda olan alman bu müddətdə sərəncamındakıların potensialının nəyə imkan verdiyini müəyyənləşdirməyibsə, AFFA-dakılar sözügedən çalışdırıcıdan nə istəyir? Foqts birillik fəaliyyətdən sonra bizimkilərin az-çox 4-5-1 taktikasıyla nəsə etməyi bacaracağını anlamalıydı. Zəif komandaya 10 günlük çalışmaların ardından yeni sxem tətbiq etmək absurddu.


Uğursuz  seçimlər

Taktiki uğursuzluq öz yerində, dünya və Avropa çempionunun oyunçu seçimində də yetərincə yanlışlıqlar var idi. Məsələn, rəqibin yerlə qurduğu hücumlar zamanı ən zəif cəhəti üzə çıxan Rasim Ramaldanova xorvatların hava ötürmələrini qarşılamaq tapşırığı verilməsi gülünc idi. Rasim mövqe səhvlərinə tez-tez yol verən futbolçudu. Üstəlik, millinin heyətində meydana çıxdığı oyunların 90 faizində ən pis nəyi bacardığını ortaya qoyub. Həm İtaliya, həm də Xorvatiya ilə oyunları kənardan izləyən Elvin Yunuszadə iki görüşdən birində şans qazanmalıydı. Ləng və kobud oyunçu statusunu çoxdan qazanan Elnur Allahverdiyevi meydan sahiblərinin ən güclü “qanad”ından qurulan həmlələri qarşılamaq tapşırığı ilə meydana buraxan adamın bu seçimi də gülünc adlandırılmalıdı. 7-ci “onluğundan xərcləyən” məşqçi rəqib komandanın kapitanının – Dario Srnanın necə oynadığını bilmir? Bəzilərinin ürəyindən “yaxşı, Elnurun yerinə kim oynamalıydı” sualı keçə bilər. İstənilən biri! Amma o cinahda, bu oyunda Allahverdiyevin “yem” olacağını millinin baş məşqçisi bilməyə borclu idi. Ufuk Budak, zəhmət çəkib Mahir Şükürovu milliyə çağırsaydı, Maksim Medvedev müdafiənin sağında daha yaxşı görünərdi.  İtaliyada vurulan hər iki qolda səhv edən Kamran Ağayevi də Səlahət Ağayevlə dəyişmək yerinə düşərdi. 6-cı topu buraxandan sonra Tanrıya 7-cini buraxmamaq üçün dua edən Kamran psixoloji cəhətdən sarsılmışdı.


Gülünc müdaxilələr

Yarım saatın tamamında Qara Qarayevi Ağabala Ramazanovla əvəzləmək nəyə lazım idi? Almanın bu addımla hücumu gücləndirmək fikrinə düşdüyünü anladıq, onun planının baş tutmayacağını isə proqnozlaşdırmaq asan idi. Doğrudu, Qarayev bunadək bir neçə top itkisiylə yadda qalmışdı, çıxışı ürəkaçan olmamışdı. Amma mərkəzdə dağıdıcılardan birini ixtisara salmaq onsuz da bu zonada at oynadan rəqibin dəyirmanına su tökməkdən başqa bir şey deyildi. Bəli, Qara əvəzlənəndə Dmitri geri – onun mövqeyinə çəkildi. Araz isə digər cinaha keçib yarımmüdafiənin sağını Ağabalaya buraxdı. Həyəcandan bacardığı da yadından çıxan,11 dəqiqə sonra zədələnən “Xəzər Lənkəran”lı gəncin yeri idi “Qradski vrt”dakı oyun ? Hər şeyi bir kənara qoysaq, rəsmi debüt üçün nə dərəcədə münasib məqam idi? Əlqərəz, gənclə bağlı xəyallar suya düşüncə baş məşqçi Cavid Hüseynovu oyuna qoşdu və çox nahaq yerə. “Qəbələ”nin futbolçusu İatliyada aldığı şansı dəyərləndirməmişdi. Vüqar Nadirov ondan çox fayda verərdi. Yalnız Elnurun Tərlan Quliyevlə dəyişdirilməsi qismən uğurlu dəyişiklik statusuyla dəyərləndirilə bilər ki, 66-cı dəqiqədən sonra yığma top buraxmadı. Bunu sırf hesabla bağlamaq niyyətindən uzağıq. Qalan dəqiqələrdə “dama-damalar”ın belə desək, yanğısı sönmüşdü. Ancaq Tərlan meydana olduğu müddətdə pis mübarizə aparmadı.


Yorğunluq

Hər şey Foqtsun dediyi kimi deyil. Yəni futbolçuların fiziki durumunun bərbad səviyyədə olmasını dilə gətirməklə klub məşqçilərini günahkar çıxarmaq cəhdi uğursuz bəhanələr silsiləsindəndi. Hərçənd bizimkilərin fiziki cəhətdən meydan sahiblərinin futbolçularından geri qalmasının bir səbəbi də 3 gün əvvəl İtaliyada baş tutan çətin matçla əlaqələndirilməlidi. Yorğun komanda baş məşqçinin yanlış taktikasına uyğun olaraq topsuz qaçmaq, müdafiə olunmaq tapşırığı alırsa, fiziki problemlər daha qabarıq şəkildə nəzərə çarpır.


Erkən qol

Özündən güclü rəqiblə oynayırsansa, bəxtin yeyin olmalıdı. Millinin “Qradski vrt”da 11-cvi dəqiqədə qapısında qol görməsi çox pis başlanğıc idi.  Dirək, tir Azərbaycanın köməyinə gəlsəydi, Niko Kovaçın yetirmələri qol vəziyyətlərini boşa versəydi, heç olmasa, 40 dəqiqə dözsəydik, qarşı tərəfin oyunundakı tələskənlik sözünü deyəcəkdi.  Xorvatların erkən qol planı həyata keçməsəydi, yığmamız start həyəcanından qurtular və özünəinam sayəsində darmadağından qaçmaq şansını artırardı.


Penalti və avtoqol

55-ci dəqiqədə Elnurun səbəb olduğu penalti onsuz da nə etdiyini bilməyən komandanın 5-ci topu buraxmasını şərtləndirməsəydi, kapitan Rəşad Sadıqov qapıların yerini tərs salmasaydı, İspaniyadan yoldaşlıq görüşündə Bakıda alınan darmadağın təkrarlanmazdı. Hə, prinsipcə heç nə dəyişməyəcəkdi. Amma razılaşaq ki, 0:4-lə 0:6-nın yaratdığı qıcıq da fərqlidi. Bir var lazımınca kötəklənmək, bir də var diri-diri basdırılmaq...

 


Nihat, “Futbol+”

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2025
00:35

Azərbaycan çempionatı başa çatdı

00:16

DÇ: 1/8 final mərhələsinin cütləri bəlli oldu

26 May 2025
23:57

DÇ: Qrup mərhələsinə yekun vuruldu

23:37

Türkiyə Super Liqası: "Fənərbağça" İstanbula məğlub döndü

23:10

Ceyhun Sultanov yenə Axundovun yanında: Bu dəfə qardaşının

22:25

London nəhənginə Ronaldu ilə güclənməyi təklif etdilər - "O, hələ də inanılmaz forvarddır"

21:50

"Napoli"nin kanadalı qoleadora təklif etdiyi şərtlər bəlli oldu

21:22

İngiltərədə "Qızıl əlcək" mükafatını 2 qapıçıya verdilər

20:50

"Ançelottinin təsiri olmasaydı, indi burada deyildim" - Xabi Alonso

20:16

Putin "Sabah"ın sabiq baş məşqçisinə zəng vurdu, klub prezidentinə yox

19:44

Minifutbol: Argentina mundialı xalsız tərk etdi

19:07

Bellingem bu gün Almaniya klubunun ofisində olacaq

18:40

"Şamaxı" fransalı oyunçusu ilə vidalaşdı - RƏSMİ

18:13

Azərbaycan gimnastları Krasnodarda 2 medal qazandılar

17:58

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ABŞ yığması ilə birlikdə hazırlaşır

17:41

"Bu, nəsə təəccüblü bir şey idi" - Robert Levandovski

17:22

Millimizin AÇ qənimətləri: Superfinala vəsiqə, gümüş medal, iki fərdi mükafat

17:04

2-ci Liqaya vəsiqə uğrunda pley-off matçının vaxtı bilindi

16:47

Arda Turan "Şaxtyor"u çalışdırmaya bilər - SON DURUM

16:28

Xabi Alonso "Real" azarkeşlərinə müraciət etdi

16:10

“Neftçi” İdman Klubu ilə Yohan Kroyf İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalandı

15:52

Minifutbol: İspaniya mübarizəni dayandırdı, daha iki 1/8 finalçı bilindi

15:34

Slot növbəti mövsüm üçün planları açıqladı

15:16

"İmişli"nin rəhbəri baş məşqçi və stadion məsələsindən danışdı - "Portuqaliyalı mütəxəssislə ilkin danışığımız olub, amma..."

14:58

"Real" Niko Uilyamsdan imtina etdi - "Bu xəbər bilərəkdən yayılır"

14:40

Salah Səudiyyə Ərəbistanı klubları ilə danışıq apardığını etiraf etdi

14:22

Rusiya çempionatının bombardiri "Spartak"dan gedir

14:04

Azərbaycan kuboku: Finalöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşdi

13:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:29

Erik ten Haqın yeni klubu açıqlandı - RƏSMİ

13:10

1-ci Liqada pley-offun nominal meydan sahibi bəlli oldu

12:51

"Qızıl buts" mükafatının qalibi bilindi - Salah 3-cü oldu

12:33

Dyökereş "Arsenal"a mümkün transferi ilə bağlı nə danışdı?

12:15

"Mançester Yunayted" yeni hücumçusuna 30 milyon xərcləyəcək - SON DURUM

11:56

"Turan Tovuz" rekordunu təkrarladı

11:40

Premyer Liqanın qoleadoru: Ardıcıl 4-cü, tarixdə 10-cu

11:23

Azərbaycan millisinin bəxti gətirmədi - Erkən final nə vaxt olacaq?

11:04

Yığmamızın yekun heyəti müəyyənləşdi

10:46

"Roma" azarkeşlərinə çox yazığım gəlir" - Ranyeri

10:27

Antirekordçu "Kəpəz" 40-a çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X