
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) qrup ikincisi olaraq Superfinala vəsiqə ilə yanaşı, gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, millimizin oyunçusu Orxan Məmmədov turnirin ən yaxşı futbolçusu seçilib.
Yığmanın digər üzvü Ramil Əliyev isə 5 qolla bombardir olub.
Superfinal 7-14 sentyabr tarixlərində İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.