
Bakının ev sahibliyi etdiyi minifutbol üzrə dünya çempionatının qrup mərhələsində üçüncü tur çərçivəsində daha üç qarşılaşmaya yekun vurulub.
Fanat.Az xəbər verir ki, F qrupunda Polşa ilə Bosniya Herseqovina milliləri arasında görüşdə qalib müəyyənləşməyib - 1:1.
Bununla belə, hər iki kollektiv 1/8 final mərhələsinə yüksəlib.
G qrupunda Argentina yığması BƏƏ seçməsinə 1:4 hesabı ilə uduzaraq mundialı xalsız başa vurub. Qələbə qazanmasına baxmayaraq, ərəblər də qrupdan çıxa bilməyib. Bu qrupdan Çexiya və Gürcüstan milliləri bu gün öz aralarında keçirilən və 2:2 bitən görüşün nəticəsindən asılı olmayaraq, 1/8 finala yüksəlib.
Azərbaycan millisi 1/8 finalda son dünya çempionu Rumıniya ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək oyun sabah baş tutacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.