Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi Polşanın “Piast” klubudu. Avrokuboklarda debüt edən rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik komandamız mərhələ adlamaq üçün ilk oyunda qol buraxmadan inamlı qələbə qazanmalıydı. Əks halda səfərdə keçiriləcək cavab oyununda Qurban Qurbanovun yetirmələrinin işi çətin ola bilərdi. Təəssüf ki, oyunda hesabı qonaqlar açıblar. Amma əzmkarlıq göstərən təmsilçimiz qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 25-də Qlivistada keçiriləcək.
Avropa Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
18 iyul
Qarabağ – Piast - 2:1
Qollar: M.Robak, 19 (0:1), R.Almeyda, 40 (1:1), Reynaldo, 83 (2:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Damir Batiniç (Xorvatiya).
İdman24.az