Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Aysun Əliyeva və Nigar Cəlilli vurub.
Xatırladaq ki, bu komandalar arasında iyulun 16-da keçirilmiş yoldaşlıq görüşündə 3:2 hesabı ilə Azərbaycan yığması qələbə qazanmışdı.
İdman24.az