15:53 19.07.2013 825

AFFA: "Premyer Liqa ilə I divizionu birləşdirə bilərik"

Xəbər verdiyimiz kimi bu gün AFFA-nın inzibati binasında 22 iyul - Milli Mətbuat Günü münasibətilə idman jurnalistləri ilə görüş keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın baş katibi Elxan Məmmədov media nümayəndələri ilə görüşüb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun da iştirak etdiyi tədbirdə baş katib qurumun son 3 aydakı fəaliyyəti ilə bağlı məlumat verib, jurnalistlərlə səmimi söhbətdə bəzi suallara cavablandırıb.

Məmmədov ilk olaraq AFFA rəhbərliyi adından media nümayəndələrini qarşıdan gələn - Milli Mətbuat Günü münasibətilə təbrik edib. Baş katib mətbuatın futbolumuzdakı rolundan danışıb: “Bütün dünyada futbolun təbliğatını mətbuatsız aparmaq mümkün deyil. Araşdırmalar göstərir ki, Azərbaycanda hər 2 saata 1 yerli futbol xəbəri düşür. Bu isə o deməkdir ki. artıq xəbər mətbuatı deyil. Mətbuat xəbəri axtarır. Hər 2 saata 1 xəbərin yerli xarakter daşıması isə göstərir ki. futbolumuzda intensivlik var”.

Baş katib AFFA üçün əsas prioritet mövzulardan birinin uşaq futbolu olduğunu qeyd edib: “Hamı Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməli olduğunu deyir. Lakin mətbuatdan kənarda hər kəs əsas yığmanın nəticələri ilə maraqlanır. Biz də uşaq futbolunun inkişafı üçün layihələr qururuq. Bizim üçün uşaq futbolunun inkişafı başqa ölkələrdəki kimim kommersiya layihəsi yox, sosial layihədir. Bu daha çox uşaqların sağlam həyat tərzi sürməsinə xidmət edir”.

Məmmədov tanınmış xarici klublarla bu yöndə əməkdaşlıq haqda da məlumat verib: “Ayaks”, “Sportinq”, “Barselona” kimi klublarla ölkəmizdə futbol akademiyasının açılması haqda danışıqlar aparmışıq. “Sportinq” bunun üçün 2 məkandan istifadə edəcək. Onlardan biri “Bayıl Arena”dır. Digəri isə hələ müəyyənləşməyib. “Barselona” ilə isə danışıqları hələ yekunlaşdırmamışıq. Onların iş prinsipi 2 yöndə olacaq. Birincisi, onların pulunu AFFA və ya klubu ödəyəcək. İkincisi isə valideyn öz hesabına “Barselona” akademiyasının təhsil haqqını ödəyəcək. Bütün bunlar həm də ona görədir ki, dünya klubları Azərbaycandakı infrastrukturu görsün. “Mançester Yunayted” məşqçiləri “Baksell arena”nı görəndə çox bəyənmişdilər. Hələ qızlar arasında dünya çempionatında göstərə bildik ki. ölkəmizdə futbol infrastrukturu var”.

14 yaşlı uşaqlar üçün təşkil olunan düşərgə haqda da fikirlərini bildirən baş katib bu layihəni da uğurlu adlandırıb. “Baksell” şirkətinin “Mançester Yunayted”lə layihəsindən də bəhs edən Məmmədov bu mövzunu qadın futbolu ilə də əlaqələndirib: “Mançester Yunayted”lə layihənin ilkin mərhələsindən sonra 32 futbolçu Bakıda toplanış keçdi. Onlardan da Mançesterə yollanacaq 6-sı müəyyənləşib. Həmin 32 futbolçu arasında birinin qız olmasını qeyd etməliyəm. Bu ölkəmizdə keçirilən qızlar arasında dünya çempionatının rolu var. Qızlar yığmamız 3-4 il əvvəl böyük hesabla uduzduğu Ukraynanı indi məğlub edir”.

Məmmədov Avro-2020-nin final mərhələsinin oyunlarının Bakıda keçirilməsi ilə bağlı məsələyə də toxunub: “Artıq namizədliklə bağlı sənədlər UEFA-ya göndərilib. Növbəti 12 ay ərzində yenə sənədlər toplayıb Avropa futbol qurumuna göndərməliyik. Burada mətbuatın da dəstəyi lazımdır. Yaxın 2 ay ərzində jurnalistlərlə görüşüb Avro-2020 ilə bağlı danışacağıq”.

Məmmədov ölkə çempionatı, I divizion haqda da danışıb: “Gələn ayın sonlarında keçirilməli olan icraiyyə Komitəsində I diviziondan Premyer Liqaya neçə komandanın çıxması məsələsi müzakirə olunacaq. Aşağı dəstə klubları lisenziya almaq istəmirsə, deməli oynamaq istəmir. Biz Premyer Liqa ilə I divizionu birləşdirə bilərik. Amma belə olan halda keyfiyyət olmayacaqdı. Komandaların sayını 10-a endirməklə keyfiyyəti düşünmüşük. “Turan” kimi komandanı isə I divizionda görmək maraqlı olacaq. I divizionda yaş limiti onunla bağlıdır ki, ölkəmizdə aşağı dəstəyə gedən futbolçu artıq karyerasını bitirmək üzrə olur. Başqa ölkələrdə aşağı dəstədən yüksək liqaya oyunçular gəlirsə. Bizdə bu çox aşağı səviyyədədir. Təxminən 4 faiz oyunçu I diviziondan Premyer Liqa klubuna keçir. Məsələn İspaniyada əvvəllər yığmamıza çağırılan Eddi İsrafilov II liqada oynasa da, 5 ilə Primera klubuna, oradan da İspaniya yığmasına düşəcəyinə ümid edir. Həm də aşağı yaş komandaları üçün liqalarda oynayan futbolçuların əksəriyyəti Premyer Liqa və I divizion klubuna düşə bilmədiyi üçün karyerasını bitirir. I divizionda 21 yaşadək futbolçularla bağlı tətbiq olunacaq limit də bu məqsədlədir”.

Tədbir sona yaxınlaşarkən Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla bağlı sual eşitmədiyinə təəccübləndiyini etiraf etdi. Yalnız bundan sonra müqaviləsi ilin və seçmə mərhələnin sonunda başa çatan almaniyalının gələcək taleyi ilə bağlı verilən sualı cavablandırmalı oldu: “Millinin baş məşqçisi postunda Berti Foqtsa alternativ namizədlər siyahısı tərtib olunacaq. Orada yerli mütəxəssislər də ola bilər. Həm Foqts öz aldığı təklifləri nəzərdən keçirəcək, həm də biz namizədlərimizdən ibarət siyahıya baxacağıq. Millimizin seçmə mərhələdə 3 oyunu qalıb. Seçmə mərhələ bitəndən sonra bu matçlarla bağlı hesabat hazırlanaraq, AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq”.

Baş katib “Qarabağ”ı avrokuboklarda uğurlara daşıyan Qurban Qurbanovun namizədliyi haqda danışmaq istəməyib. Belə olan halda digər mütəxəssislərimiz haqda da danışmalı olacağını bildirən Məmmədov klublarımızın avrokuboklardakı çıxışlarından danışıb: “Qarabağ”ı təbrik edirik. Onlar bizi sevindirdilər. Təəssüf ki, “Xəzər Lənkəran”la “İnter” 0:2 hesabı ilə uduzdu. Bu hesabın əvəzini çıxmaq çətin olacaq. “Neftçi” isə evdə heç-heçə etsə də, inanırıq ki səfərdə mərhələ adlaya biləcək. Bakılılar öz meydanında qol buraxmayıb”.

Tədbir başa çatdıqdan sonra iştirakçılar xatirə şəkli çəkdirib, mətbuat nümayəndələrinə AFFA-nın hədiyyələri təqdim olunub. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X