Təlim məşq məqsədilə Antalyada olan "Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası üçüncü - sonuncu sınaq yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, bundan öncə "Antalyaspor"un U-15 komandasına uduzan(0:2) və "Kunduspor" U-17 komansası ilə "sülh" bağlayan (2:2) təmsilçimiz bu dəfə "Laraspor"un 15 yaşlıları ilə üz-üzə gəlib.
Matç "qırmızı-qaralar"ın 6:0-lıq qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Kamran Quliyev 4 qol vurub, Məhəmməd Abbaslı dubl edib.
Bununla Antalyadakı təlim-məşq toplanışını yekunlaşdıran "Qəbələ" vətənə dönəcək.
Fanat.az