Hazırda Antalyada təlim-məşq toplanışında olan U-17 millimizin baş məşqçisi Mirbağır İsayev "Qəbələ"nin futbolçusu Elvin Dəmirovu düşərgədən qovub. Fanat.az xəbər verir ki, bu haqda məlumatı rekord.az-a ekslküziv açıqlamasında İsayev özü verib.
Baş məşqçi buna səbəb kimi, futbolçunun qeyri-etik hərəkət etdiyini göstərib: "Tərbiyəsi, əxlaqı yerində olmayan futbolçu mənim komandamda yer ala bilməz. Əgər futbolçu məşqçiyə etiraz edərək topu tərbiyəsiz şəkildə divara vurursa, həmin futbolçu bu komandadan getməlidi. Ona görə də həmin hadisənin səhəri günü biletini aldırıb onu Bakıya göndərdim".
Fanat.az