“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının ikinci təsnifat mərhələsinin Polşa “Piast”ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Biz bura nəticə qazanmaq üçün gəlmişik. Ən azından Bakıdakı kimi oynamağa borcluyuq. Qol vurmağı çox istəyirəm. Vaxtilə “Visla”ya vurduğum qolu yaxşı xatırlayıram. İstərdim ki, yenə Polşada qol vurum. Fikrimcə, “Piast” kompakt oyun sərgiləməyə çalışacaq. Rəqib öz azarkeşləri qarşısında oynayacağından bizim üçün çətin olacaq”.
İdman24.az