15:48 29.01.2015 607

Starta 1 gün galmış...

Sabah Premyer Liqanın 2-ci hissəsi start götürəcək. Doqquz komandanın iştirak etdiyi yarışın üst sıralarında yer alan kollektivlər daha böyük maraq doğurur. Lider "Qarabağ" ən yaxın izləyicisi "İnter"i 5 xal qabaqlasa da, indidən Ağdam təmsilçisinin ardıcıl 2-ci çempionluğu bayram edəcəyini söyləmək doğru olmaz. 


Qurban Qurbanovun rəhbərlik etdiyi klubu çempionluq yarışında tək "İnter"lə yox, "Neftçi"ylə də gərgin mübarizə gözləyir. Qış "transfer pəncərəsi"ndə klublarımızın əvvəlki illərlə müqayisədə daha passiv davranması dünya iqtisadiyyatındakı çöküşlə yanaşı, heyətlərinə yeni simaların qatılmasıda daha həssas yanaşması ilə də əlaqədardı. 


İlk beşlikdə qərarlaşan kollektivlər arasında yalnız "Xəzər Lənkəran"ın 2-ci dövrə başa çatdıqdan sonra ciddi şəkildə gəncləşdirmə siyasətinə üz tutması cənubluların növbəti avrokubok mövsümündə iştirak etməkdən imtinasını böyük ölçüdə şərtləndirib. "Qəbələ"nin 6-cı pillədə qərarlaşmasına baxmayaraq, qışda bu klub simasını ciddi şəkildə dəyişib və 4-cü sıranın sahibi "Simurq"la xal fərqinin cəmi 2 olması, Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın avrokuboklardan qopmadığının əyani sübutudu. 


Tarixi ərzində cəmi 1 dəfə avrokubokda iştirak etmiş "Simurq" isə yaxaladığı bu fürsətdən maksimum faydalanmaq niyyətindədi. Zaqatala təmsilçisi qış fasiləsindən necə yararlandığını ilk oyundaca göstərməli olacaq. Giorgi Çixradzenin yetirmələri 5-ci pillədə qərarlaşan "Xəzər Lənkəran"ı doğma "divarlar arası"nda mütləq məğlub etməlidi. Bu tip oyunlarda ortada 3 deyil, 6 xalın olmasını nəzərə aldıqda, "Simurq"un 4-cü yer uğrunda mübarizə apardığı əsas rəqiblərlə görüşlərdən hansı nəticələrlə ayrılacağı böyük ehtimalla həlledici rol oynayacaq.


AZAL yenə "papağını günə" verməklə məşğuldu. Baş məşqçiləri dəyişməklə iş bitmir. Klubun büdcəsi daim məhdud olduğu üçün, yalnız hər mövsümün əvvəlində vitse-prezidentləri yağlı açıqlamalar verməklə yadda qalır. Çempionat başladıqdan sonra isə... "köhnə hamam, köhnə tas".


"Sumqayıt" qış fasiləsini ölkədən kənarda keçirə bilmədi. Maliyyə imkanlarının məhdud olması, "Gənclik şəhəri"nin təmsilçisinin turnir cədvəlindəki mövqeyindən yüksəyə tullanmasına imkan vermir. Keçsələr-keçsələr bir tək AZAL-a "əlcək ata" bilərlər. 


"Bakı"ya gəlincə, paytaxtın eyniadlı klubu haqda fikir bildirmək olmur. "Yıxılana balta çalan" çox olur. Ümid edək ki, "zolaqlılar" yıxılsa da, ayağa qalxa biləcək.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X