16:02 30.01.2015 487

"Jaba dəyişməyib, elə həminkidi" - MÜSAHİBƏ

"Bakı"nın yeni kapitanı Jaba klubun rəsmi saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.


- Qış hazırlıq prossesini Bakıda keçirdiniz. Hazırlıq prossesini necə keçdi?

- Hazırlıq prossesində çox istəkli idik. Bu mövsüm komandamızda biraz problemlər var. Biz gənc komandayıq. Ona görə də yüksək yerlər uğrunda mübarizə apara bilmədik. Amma inanıram ki, bəzi çətinliklər aradan qaldırılacaq və siz gələn mövsümdən əvvəlki “Bakı”nı görəcəksiniz. Bilirsiniz ki mən öncələr də 3 il bu komandada oynamışam. Bu komanda ilə çempion olmuşam. Mövsümün ən yaxşı oyunçusu seçilmişəm. Avropa Liqsında pley-off oynamışam. Qazandığım uğurları təkrarlamaq istəyirəm. Hər bir rəqibin komandama hörmətlə yanaşmasını, çəkinməsini görmək istəyirəm. Özümü evimdəki kimi hiss edirəm.


- İlk gəldiyiniz “Bakı” ilə indi gördüyünüz “Bakı” arasında hansı fərqlər var?

- O vaxtlar komandamızda maliyyə baxımından vəziyyət daha yaxşı idi. Hər il komandaya güclü legioner futbolçular dəvət edilirdi. Hər mövqedə yüksək səviyyəli futbolçular çıxış edirdilər. İndi vəziyyət dəyişib. Buna baxmayaraq mən burada çox xoşbəxtəm. Əksinə bu dəfəki gəlişimdə komandaya daha da gərəkli olduğumu görürəm. Komandada yerli gənc futbolçular çoxluq təşkil edir. Onların hamısı yaxşı futbolçulardı. Meydançada çox qaçırlar, istəklidilər. Onlara tez-tez öz məsləhətlərimi verirəm. Təcrübəmi bölüşürəm. Təcrübələri az olduğundan bəzən səhvlərə yol verirlər. Bu futbolda normal haldı. Birdən-birə futbolçu olmurlar. Yavaş-yavaş, öyrənərək performans göstərəcəklər. İnşallah bir-iki ildən sonra onların içindən çox yaxşı futbolçular çıxacaq. Məşqçilərimiz də mənə tövsiyyə edirlər ki, gənclərlə meydanda danışım. Biz birlikdə bir komanda üçün çalışırıq. Bizim fərqimiz də bundadı. Çünki başqa şansımız da yoxdu. Bu heyətlə bu çempionatda oynamalıyıq.


- Azarkeşlər əvvəlki Jabanı nə vaxt görəcəklər?

- (Gülür) İndiki “Bakı”da oynamaqla o dönəmki komandada oynamaq arasında kəskin fərq var. Bu komanda gənclərdən təşkil olunub. Gənclərin əhatəsində uğurlu oyun göstərmək çox çətindi. Əvvəllər mənim üçün daha asan idi. Ətrafımda təcrübəli futbolçular cəmləşmişdi. Komandamızda heç bir problem yox idi. Amma Jaba dəyişməyib, elə həminkidi.


- Son oyunda kapitanlıq sarğısı sizin qolunuzda idi…

- Mənim 33 yaşım var. Bu yaşda kapitan olmağım normaldı. İki il bundan qabaq bu komandada oynadığım vaxtlarda hər kəsin rəğbətini qazanmışdım. Rəqiblər məndən və komandamdan çəkinirdilər. Yəqin ki əsas səbəb bu olub. Digər tərəfdən mən məşqlərdə və oyunda komanda yoldaşlarıma bir böyük kimi istiqamət verirəm. Yəqin ki, bu xasiyyətimə görə məni seçiblər. Bu mənim məsuliyyətimi daha da artırıb.


- Qarşıda “Qəbələ” ilə oyun var.

- Hazırda komandanın heyətində yüksək əhval-ruhiyyə hökm sürür. Oyunun öz meydanımızda olması bizə əlavə üstünlük verir. Biz gənclərlə birgə daha çox qaçaraq, daha çox mücadilə edərək bu oyunda qələbə qazananaraq çempionatda dönüş etmək istəyirik. Qələbə qazansaq rəqiblərin bizə hörmətlə yanaşacağına şübhəm yoxdu.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

Facebookdan bizi izləməyi unutmayın.
X