11:43 02.02.2015 583

XIX tur: Tənəzzülün cücərtiləri

Klublarımız qış fasiləsini başa vurdu. "Qarabağ" istisna olmaqla, digər doqquz kollektiv yenidən mübarizəyə atıldı.


Əlbəttə, hər bir klubun lokal məqsədləri var. Əgər, ilk üçlükdə qərarlaşan komandalar çempionluq arzusu ilə alışıb-yanırsa, növbəti 3 yerin sahibi Avropa Liqasında iştirak etmək hüququna sahib olmağa can atır. "Bakı", AZAL və "Sumqayıt" isə standart - "hər oyunda qələbə", şüarını əllərində bayraq edirlər.


İlk kateqoriyaya aid etdiyimiz komandalardan ikisinin "qış yuxusu"ndan ayılması uğursuz alındı. Xüsusilə bu, "Neftçi"yə aiddi. Baxmayaraq ki, qış fasiləsində AZAL ölkəni tərk etməmişdi, Tərlan Əhmədovun yetirmələri "ağ-qaralar"ı bütün komponentlərdə, xüsusilə qələbə istəyində üstələdi. Arif Əsədovun rəhbərlik etdiyi komandaya gəlincə, bu komandada xətlərarası əlaqənin qeyri-kafi durumda olması dərin düşüncələrə vadar edir. Çünki komandada köklü dəyişiklik baş vvermədiyi halda, nəyə görə "Neftçi" bu cür təsir bağışladığını anlamaq çətindi. Bu cür oyunla ötən ilin bürünc mükafatçısının çempionluq arzusunun reallaşmayacağını indidən əminliklə söyləmək mümkündü. "Bir güllə bahar olmaz", deyimini yada salaraq, "ağ-qaralar"ın bu məğlubiyyətinin sadəcə, dövrələrarası fasilədən sonra hələ toparlanmadıqlarının ayağına yazmaq mümkündü. Ancaq tənəzzül davam etsə, deməli, Arif Əsədovun komandası çempionluq iddiasından finişdən xeyli əvvəl əlini üzməli olacaq.


"İnter" də azsaylı fanatlarını qələbə ilə sevindirə bilmədi. "Bankirlər" daha bir autsayder - "Sumqayıt"la görüşdə oyunu diqtə edən tərəf olsalar da, nə əldə etdikləri qol imkanlarından, nə hakimin təyin etdiyi penaltidən faydalana bilmədilər. Hərçənd, "Neftçi"yə baxdıqda Kaxaber Tsxadadzenin yetirmələrinin ortaya o qədər də keyfiyyətsiz futbol qoyduqlarını söyləyə bilmərik. Ancaq autsayderlərindən biri ilə oyunda itirilən 2 xalı qismən sərgilənən baxımlı futbolla "sığortalamaq" qeyri-mümkündü.


Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan və bu üzdən "6 xallıq oyun" statusu daşıyan "Simurq" - "Xəzər Lənkəran" görüşündə gözlənilən baş verdi. İkinci dövrə başa çatdıqdan sonra təcrübəli futbolçulara qapını göstərən cənubluların heyətini bir qədər də gücləndirən "Simurq"dan səfərdə xal qoparacağı real görünmürdü ki, bu da baş verdi.


"Bakı"nın "Qəbələ"dən aldığı məğlubiyyətdə də qeyri-adi bir şey yoxdu. Roman Qriqorçukun debütünün uğurlu alınmasının qarşısını ancaq öz futbolçuları ala bilərdi. Ancaq ukraynalı mütəxəssisin yetirmələri onun ümidlərini doğrultdular və "Qəbələ" 4-cü pillə uğrunda mübarizənin ilk addımını uğurlu atdı.


Premyer Liqanın XIX turuna yekun vurarkən, komandalarımızın ümumi çatışmazlıqlarını da qabartmalıyıq. Futbolçular hələ ki, ideal kondisiyalarından uzaqdılar. Bunu fasilədən sonrakı ilk rəsmi oyunla bağlamaq mümkündü. Vay o günə ki, turlar ötsün, futbolçuların kondisiyaları isə dəyişməz qalsın.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X