12:54 02.02.2015 618

Subaşiçin arvadı: "Ərim dünyanın ən yaxşısıdı"

Hazırda Türkiyə PTT liqasında çıxış edən “Manisaspor” klubunun üzvü, milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin xanımı Miliça Subaşiç qafqazinfo.az-a müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- Azərbaycana gəldiyiniz ilk illəri necə xatırlayırsınız?
- Əla. Həmin günləri indiki kimi yadımdadı. “Neftçi”dən təklif gəldi. Əvvəlcə menecerlər görüşdülər. Sonra Branimir dedi ki, Azərbaycanda oynayacam. Biz bura gəldik. O ilk oyununda yaxşı təsir bağışladı. “Neftçi”də hər kəs onu sevirdi, ona hörmət edirdi. 

- Serbiyadan gəlib Bakıda yaşamaq çətin idi?
- Bizim ölkələrimiz arasında fərqlər böyükdü. İstər yemək baxımından, istər insanlar baxımından hər şey fərqlidi. Amma biz Azərbaycana tez öyrəşdik. 

- Uzun illər ölkəmizdə yaşamısınız. Hansı xatirələriniz var?
- Bura gəldiyim illəri yaxşı xatırlayıram. İndiki Bakı ilə o vaxtkı şəhər arasında yerlə göy qədər fərq var. Çox şey dəyişib. Yaxşılığa doğru gedir. Yeni yollar, binalar, otellər, restoranlar var. Amma bu dəyişikliklər çox tez bir zamanda baş verdi. Sizin ölkənizi çox sevirəm.

- Həyat yoldaşınız necə insandı?
- İndi yaxşıdı (gülür). Bizim iki gözəl uşağımız var. Biz yaxşı bir ailəyik. 

- Bəs, futbolçu kimi onu necə xarakterizə edərdiniz?
- O, karyerası ərzində bəzən çox yaxşı, bəzən də istəmədən zəif çıxış edib. Mən futbolçu kimi də onu sevirəm. Dünyanın ən yaxşı hücumçusu sayıram.

- Branimir uzun müddət Azərbaycanda oynayıb. “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Qarabağ” kimi klubların şərəfini qoruyub. Amma bir vaxt oldu ki, çox zəif oynayırdı və problemləri vardı. Ona necə dəstək olurdunuz?
- Hər zaman hər yerdə istənilən vəziyyətində onun yanında olmuşam. Mən də, Branimir özü də düşünür ki, onun ən böyük səhvi Azərbaycandan getmək idi. Bu səhv onun karyerasına ağır zərbə vurdu. “Neftçi”dən gedəndən sonra bir çox problemlər yaşadı. Zədələndi. Sonra özünə gəldi və Bakıya qayıtdı. “Qəbələ”də, “Xəzər Lənkəran”da oynadı. Amma “Neftçi” tamam fərqli idi. 

- O, “Neftçi”yə qayıtmaq istəyir?
- Hər zaman Azərbaycanla bağlı xəbərləri izləyir. Serbiyada kimə Azərbaycan haqqında məlumat lazım olursa, yadına birinci Branimir düşür. O, mənimlə bu barədə heç danışmayıb. Amma hər zaman bir sözü deyir ki, mən “Neftçi”dən getməklə səhv elədim. 

- Həyat yoldaşınız uzun müddət millimizin şərəfini qoruyub...
- Həmin illəri xatırlayıram. Çox gözəl günlər idi.

- Milli komandamıza qayıtmaq haqqında düşünürmü?
- Əlbəttə. O, bunu istəyir. Bu barədə çox danışırıq. Həmişə deyir ki, niyə mənə zəng vurmurlar? Amma artıq onun milliyə qayıtması çətindi. 

- Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçkini tanıyırsız?
- Əlbəttə. O, uzun müddət “Srvena Zvezda”da baş məşqçi işləyib. Amma yoldaşımın onunla münasibəti yoxdu. 

- Hazırda Türkiyədəsiniz. Özünüzü rahat hiss edirsinizmi?
- Hər şey yaxşıdı. Türkiyə böyük və gözəl ölkədi. 

- Branimir üçün Türkiyə, yoxsa Azərbaycan yaxşıdı?
- Futbol oynamaq üçün məkanın fərqi yoxdu. Amma etiraf edim ki, biz Azərbaycan, Bakıya çox bağlıyıq. Ora bizim ikinci vətənimizdi. Bəzən çox darıxırıq. 

- Hazırda “Neftçi”də həmyerliniz Saşa Stamenekoviç oynayır. Onunla əlaqə saxlayırsız?
- Əlbəttə. O, çox yaxşı oğlandı. Branimir həmişə onunla Azərbaycan haqqında danışır.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X