Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk oyununda "Qarabağ" "Bakı"nı qəbul edib. XIX turda istirahət edən Qurban Qurbanovun komandası 2015-ci ilin ilk oyununa çıхıb. Azarkeşlərin 5 qol izlədiyi matçda hesab 2-ci dəqiqədə açılıb. Rəqib qapısına yol tapan Maksim Medvedev "Qarabağ"ı sevindirib. 5 dəqiqə sonra "Bakı"dan Azad Kərimov avtoqol müəllifi olub. 22-26-cı dəqiqələrdə baş hakim Ömər Paşayev hər komandanın qapısına bir penalti təyin edib. Əvvəlcə "Bakı"dan Nurlan Novruzov, ardınca "Qarabağ"dan Riçard Almeydanın zərbəsi dəqiq olub. 83-cü dəqidə dublunu rəsmiləşdirən Riçard matçın yekun nəticəsini müəyyənləşdirib - 4:1.
Turun son oyununda "Xəzər Lənkəran"la "İnter" qarşılaşıb. Hesabı 18-ci dəqiqədə Məhəmməd Mirzəbəyov açıb. 59-cu dəqiqədə Matiya Şpiçiç ev sahiblərini ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 83-cü dəqiqədə isə qapıları səhv salan Fuad Bayramov "Xəzər Lənkəran"ı təsəlli qoluna sevindirib - 2:1.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Neftçi" "Simurq"la "sülh" bağlayıb (0:0), AZAL "Qəbələ"ni məğlub edib (1:0). "Sumqayıt" isə bu turda istirahət edib.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XX tur
7 fevral
Qarabağ - Bakı 4:1
Qollar: Maksim Medvedev, 2. Azad Kərimov, 7 (avtoqol). Riçard Almeyda, 26-pen; 83 - Nurlan Novruzov, 22-pen.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k) (24. Admir Teli, 74), 17. Vüqar Nadirov (99. Namiq Ələsgərov, 66), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (77. Cavid Tağıyev, 75), 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 12. Elxan Əhmədov, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 11. Tural Qürbətov (45. Mahir Mədətov, 54), 10. Nurlan Novruzov, 15. Azad Kərimov, 19. Elton Hüseynov, 21. Elşad Manafov, 56. Qeyrət Əliyev, 85. Jaba (k) (77. Ramazan Abbasov, 75), 99. Kamil Nurəhmədov (4. Ülvi Süleymanov, 56).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Nicat Əsgərov, 9. Raul Yaqubzadə, 16. Rüstəm Rüstəmli.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqə: Tural Qürbətov, 38 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Vüsal Qənbərov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Tofiq Bəhramov adına Respublika stadionu. 450 tamaşaçı.
Xəzər Lənkəran - İnter 1:2
Qollar: Fuad Bayramov, 83 (avtoqol) - Məhəmməd Mirzəbəyov, 18. Matiya Şpiçiç, 59.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov (17. Kazım Kazımlı, 73), 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (34. Elnur İsmayılov, 86), 63. Alfred Sanko (96. Anar Babazadə, 30), 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Elbrus Məmmədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 4. İvan Benitez, 8. Mikel Alvaro (11. Asif Məmmədov, 90+2), 10. Elvin Məmmədov (80. Nizami Hacıyev, 75), 17. Məhəmməd Mirzəbəyov, 24. Fuad Bayramov, 28. Baçana Tsxadadze (12. Junior Nildo, 60), 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 7. Abdulla Abatsiyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Anar Babazadə, 63 (qeyri-idman hərəkəti). Elşən Rzazadə, (qeyri-idman hərəkəti), 80 - İvan Benitez, 21 (qeyri-idman hərəkəti). Elvin Məmmədov, 27 (hakimi aldatmağa cəhd).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Coşqun Həsənov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Kərim Ağayev.
"Xəzər Lənkəran" mərkəzi stadionu. 2500 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 17 | 11 | 4 | 2 | 33-18 | 37 |
2 | İnter | 18 | 8 | 9 | 1 | 28-8 | 33 |
3 | Neftçi | 17 | 7 | 6 | 4 | 20-14 | 27 |
4 | Simurq | 18 | 7 | 4 | 7 | 27-22 | 25 |
5 | AZAL | 17 | 6 | 5 | 6 | 21-26 | 23 |
6 | Qəbələ | 18 | 5 | 7 | 6 | 21-25 | 22 |
7 | Xəzər Lənkəran | 18 | 5 | 5 | 8 | 23-24 | 20 |
8 | Sumqayıt | 17 | 4 | 4 | 9 | 19-27 | 16 |
9 | Bakı | 18 | 2 | 4 | 12 | 14-42 | 10 |
Bombardirlər | Nurlan Novruzov Bakı) -10. Mikel Alvaro İnter) - 8. Məhəmməd Qurbanov Sumqayıt), Draqan Çeran Smurq), Rəşad Eyyubov Simurq) - 7. Junior Nildo (İnter), Cavid Hüseynov Qəbələ) - 6. |
Fanat.az