"Qarabağ" yay transfer dönəmində daha bir transferini rəsmiləşdirib. Komanda Yunanıstanın "Olimpiakos" klubundan Jumbinyonu transfer edib.
Jumbinyo klubun saytına belə danışıb: ""Qarabağ"a dəvət gəldiyi zaman klub haqqında maraqlandım. Həfədləri, heyətini gördükdən sonra dərhal razılaşdım. Oyunlarını izlədkdən sonra doğru yerə gedəcəyimi düşündüm. Bilirəm ki, `Qarabağ` texnikalı futbol oynayır. Bilirəm ki, məndən də hər kəs eyni şeyi gözləyir. Oyun üslubum `Qarabağ`a uyğun gəlməsəydi məni komandada görmək istəməzdilər. `Qarabağ`a fayda verməyə gəlmişəm. Bilirəm ki, əsas heyətdə yer almaq üçün çox çalışmalıyam. Faktiki, komanda hazırda uğurlu çıxış edir. Amma mən də iddialıyam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm".
İdman24.az