Əvəzedici heyətlər arasında Azərbaycan çempionatının III turuna yekun vurulub. Fanat.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.
Günün yeganə matçında “Neftçi” “Simurq”u qəbul edib. “Ağ-qaralar” son saniyələrdə vurulan qolun hesabına məğlubiyyətdən qurtulublar – 2:2.
İkinci oyun günəndə 3 matç keçirilib. “İnter” AZAL-a sözün əsl mənasında “toy tutub”. Belə ki, Bakı təmsilçilərinin qarşılaşması “bankirlər”in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qarabağ” “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə yenib. “Bakı” “Rəvan”dan üstün olaraq mövsümün ilk qələbəsini qazanıb – 1:0.
Turun son qarşılaşması bu gün keçirilib. “Sumqayıt”la “Qəbələ” arasındakı matçda 2 penalti təyin olunub və 4 qol vurulub – 2:2.
Əvəzedicilərin çempionatı
2013/14 mövsümü
III tur
16 avqust
Neftçi – Simurq 2:2
Qollar: Mətləb İsayev, 85. Aqşin Qurbanlı, 90+3 – Ziyabil Məmmədov, 40; 43.
17 avqust
İnter – AZAL 7:0
Qollar: İlkin Sadıqov, 20. Coşqun Diniyev, 32. Mirsahib Abbasov, 39. Nurxan Mənsimzadə, 43. Ramil Mansurov, 60; 75; 81.
Qarabağ – Xəzər Lənkəran 2:0
Qollar: Tural İsgəndərov, 45; 85.
Bakı – Rəvan 1:0
Qol: Raul Yaqubzadə, 73.
18 avqust
Sumqayıt – Qəbələ 2:2
Qollar: Mirzağa Hüseynpur, 19-pen. Bayram Nuruzadə, 85 – Murad Musayev, 33-pen. Şəhriyar Xəlilov, 77.
1 | İnter | 3 | 3 | 0 | 0 | 15-3 | 9 |
2 | Neftçi | 3 | 2 | 1 | 0 | 6-4 | 7 |
3 | Qarabağ | 3 | 2 | 0 | 1 | 6-5 | 6 |
4 | Qəbələ | 3 | 1 | 1 | 1 | 8-7 | 4 |
5 | Xəzər L | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
6 | Bakı | 3 | 1 | 1 | 1 | 4-5 | 4 |
7 | Simurq | 3 | 0 | 3 | 0 | 3-3 | 2 |
8 | Rəvan | 3 | 0 | 1 | 2 | 2-4 | 1 |
9 | Sumqayıt | 2 | 0 | 1 | 2 | 2-7 | 1 |
10 | AZAL | 3 | 0 | 1 | 2 | 2-10 | 1 |
Bombardirlər: Nurxan Mənsimzadə (İnter) – 5. Tural İsgəndərov (Qarabağ) – 4. Ramil Mansurov (İnter), Coşqun Diniyev (İnter), Cavid Muxtarzadə (Neftçi), Raul Yaqubzadə (Bakı) – 3.