Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, Frankfurt təmsilçisi hücum xəttini gücləndirib.
Belə ki, “Ayntraxt” Çexiyanın “Sparta” klubunun futbolçusu Vaklav Kadleki heyətinə qatıb. Onunla dörd illik müqavilə imzalanıb. Almaniya mətbuatı transferin 3.2 milyon avroya başa gəldiyini yazıb.