“Qarabağ” iki gündən sonra Avropa Liqasının pley-off mərhələsində Frankfurt “Ayntraxt”ını qəbul edəcək. Fanat.az xəbər verir ki, diqqət mərkəzində olan bu oyun müxtəlif bukmekerlər tərəfindən müxtəlif əmsallarla qiymətləndirilir.
Əmsallara diqqət yetirdikdə Ağdam təmsilçisinə inamsızlığı görmək olar. Belə ki, dünyaca məşhur gamebooker.com almanların qələbəsinə 1.70 əmsalı verib. “Qarabağ” isə 4.20 əmsalı ilə qiymətləndirib. Türkiyənin mərc oyunu olan “İddia” da Qurbanovun komandasına inamsızlıq göstərib. Qardaş ölkə bukmekeri ev sahibinin qələbəsini 3.75 əmsalı ilə dəyərləndirib. “Ayntraxt”ın qələbə qazanacağına daha çox inanan türklər bu qələbəyə 1.55 əmsalını təklif edib. Yerli mərc kontoru ola Topaz da təmsilçimizə etibar etmədiyini göstərib. Belə ki, Topaz “Qarabağ”ın qələbəsini 4.20, məğlubiyyətini isə 1.60 əmsalı ilə qiymətləndirib.