Bu günlərdə "Əlincə" klubunun yetirməsi Turan Vəlizadə Türkiyə nəhəngi “Fənərbaxça”da baxışda olub. U-15 millimizin də üzvü olan futbolçu bir həftəlik yoxlanış müddəti başa çatıb. Vətənə dönən Vəlizadə "sarı-lacivərdlilər"in düşərgəsində yaşadığı təəssüratları klubun rəsmi saytına açıqlayıb:
"Məşqlər çox maraqlı keçdi. Yoxlanışa qatıldığım elə ilk gündəcə “Fənərbaxça”nın U-15 komandasının məşqçiləri mənim oyunum haqda müsbət fikirlər səsləndirdilər. Daha sonra komandanın digər məşqçiləri də çıxışımı izlədi. Onlar əvvəlcə hazırda məxsus olduğum klubun “Fənərbaxça”dan pul qarşılığında transfer olunacağımı düşünürdülər. Ancaq bunun əksini öyrəndikdən sonra mənim “sarı-lacivərdlilər”ə keçidimin zəruriliyini vurğuladılar. Hazırda “oturma izni” və valideynimin orda işlə təmin olunmağı məsələsi yolunda şlər gedir. Bütün bunlar həll olunduqdan sonra yaxın vaxtlarda “Fənərbaxça”nın qatıldığı və Antalyada baş tutacaq turnirə yollanacam. Çox sevinirəm ki, öz oyunumla Azərbaycan və “Əlincə” haqda müsbət fikirlər oyatdım. İnşallah, “Fənərbaxça”ya transfer olunduqdan sonra daha əzmlə çalışıb, Azərbaycanın adını daha yüksək zirvələrə daşımağa çalışacam”.
Fanat.az