13:21 26.04.2015 741

"Qəbələ": 2183 gündən sonra

“Qəbələ” Topaz Premyer Liqasının XXXI turunda “Xəzər Lənkəran”la qarşılaşıb. Səfər oyununda 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” üçün qarşılaşma rekord və yubileylərlə əlamətdar olub. Fanat.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri həm ümumi, həm də səfərdə qazanılan qələbə sayında ən yüksək nəticəyə imza atıb.


Ardıcıl 8-ci qələbə


“Qəbələ” həm öz tarixinin, həm də mövsümün rekordunu yeniləyib. Belə ki, bunadək hesabındakı 7 ardıcıl 7 qələbə ilə hər iki rekorda imza atan “qırmızı-qaralar” öz nəticələrini daha da yaxşılaşdırıb. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran”la matçda başlayan seriyasını elə bu komanda ilə görüşdə də davam etdirib. Bu matçadək "Qəbələ" “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. 


Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin ən uzun qələbə seriyası (texniki nəticələr nəzərə alınmamaqla) “Kəpəz”ə məxsusdu. Gəncə təmsilçisi 1997/98 və 1998/99 mövsümlərində ardıcıl 20 qələbə qazanıb. 8 və daha çox qələbədən ibarət seriyaların ümumi sayı 26-ya bərabərdi. “Qəbələ”nin nəticəsi son 2 mövsüm üçün mütləq, son 4 çempionat üçün şərikli rekorddu. 


İlk dəfə “5”


“Qəbələ” həm də Premyer Liqada ardıcıl 5 səfər oyununda qələbə qazanıb. Fevralın 10-da “Simurq”la qarşılaşmada (0:2) xal itirən “qırmızı-qaralar” Lənkərandakı minimal hesablı qələbəyədək “Qarabağ”ı 1:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. Bu da klub tarixinin yeni rekordudu. 2012-ci ilin sonundakı 4 qələbədən ibarət rekord yenilənib. Həmin vaxt "Qəbələ" “Qarabağ”ı 2:1, “Rəvan”ı 3:1, “Sumqayıt”ı 1:0, “Turan”ı 2:0 hesabı ilə üstələmişdi.


2183 gündən sonra


Belə ki, ilk dəfə 2006-cı ildə “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” indiyədək 1 dəfə səfərdə rəqibinə qalib gəlmişdi. Bu da 2009-cu il mayın 3-də baş tutan çempionat oyununa təsadüf etmişdi. Həmin görüşdən 2183 gün sonra Lənkəranda qalib gələn “Qəbələ” həmin vaxt 3 xalı 2:1 hesablı qələbə ilə əldə etmişdi. Sonrakı 6 ildə səfərdəki 10 oyunda (9 çempionat, 1 kubok) “qırmızı-qaralar” 4 heç-heçə edib və 6 dəfə məğlub olmuşdu. Ümumilikdə isə komandamız 15 səfər oyununda 2 qələbə qazanıb, 5 heç-heçə edib və 8 dəfə məğlub olub.


Rekordun 2 addımlığında


“Xəzər Lənkəran”la oyunda yeganə qolu vuran Cavid Hüseynov şəxsi rekordunu yeniləyib, qol hesabını 10-a çatdırıb. Yarımmüdafiəçi həm də “Qəbələ”nin tarixində 2-ci nəticəyə imza atıb. Yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 4 oyun qaldığından Hüseynov 2 addımlığında olduğu rekorda da çatmaq imkanına malikdi. 


12-ci bombardir


Cavid Hüseynov “Qəbələ” karyerasında qol hesabını 10-a çatdırıb. Kubokda fərqlənməyən yarımmüdafiəçi Premyer Liqada 10 dəfə rəqib qapılarına yol tapıb. O, bununla da klub tarixində 10 və daha çox qol vuranların sayını 12-yə çatdırıb. Belə ki, Hüseynovdan başqa, Viktor Mendi 31, Dodo 23, Rövşən Əhmədov 20, Kənan Kərimov 18, Yannik Kamanan 17, Deon Barton 15, Daniel Subotiç 13, İbrahim Hüseynov və Vitali Balamestnı hərəsi 12, Rəşad Yusubov 11, Samir Zərgərov 10 qol vurub.


Çempionatda 8-ci


Premyer Liqada isə 10 və daha çox qol vuranların sayı 8-ə çatıb. Caviddən başqa, Viktor Mendi 27, Dodo 21, Yannik Kamanan 16, Deon Barton 15, Daniel Subotiç 12, Kənan Kərimov və Vitali Balamestnı hərəyə 11 dəfə fərqlənib.


gabalafc.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

09:22

Kontenin "Napoli"dəki aqibətinə aydınlıq gəldi - RƏSMİ

09:00

Minifutbol: Azərbaycan millisi finala vəsiqə uğrunda matça çıxır

00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X