"Lig TV"nin canlı yayımında maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, futbolçu televiziya vasitəsi ilə evlənmək təklifi edib.
Belə ki, "Konyaspor" - "Akhisar Bələdiyyəspor" matçından sonra "Lig TV"yə oyunu dəyərləndirən Konya klubunun futbolçusu Ali Turan sonda evlənmə təklif ilə çıхış edib: "Ev хanımı olan sevgilim Rəna bir ildi mənə qarşı hirslidi. Ümid edirəm ki, o da məni əfv edər. Burdan sizin vasitənizlə ona bir söz demək istəyirəm: Rəna mənimlə evlənərsən?"
Ali Turan canlı yayımdan sonra Rana Altıntaşın evlənmək təklifi qəbul etdiyini bildirib.
Fanat.az