Premyer Liqada aprel ayının son oyunları şənbə günü baş tutdu. Fanat.az ayın reytinq cədvəlini təqdim edir.
Aprel ayının nəticələrinə görə, aktivinə daha çox xalı “Qarabağ” əlavə edib - 10,5 xal. “Neftçi” - 9,5, “Qəbələ” - 8 xal qazanıb. Aktivindən ən çox xal silinən “Neftçi” olub - 9,5. “Bakı” - 7,5, “Xəzər Lənkəran” - 7,0 xal itirib.
Ötən ayla müqayisədə “Qarabağ” - 8, “Qəbələ” - 4, “İnter” - 3 xal qazanıb. “Neftçi” xal itirməsə də, AZAL və “Turan” hərəyə - 6, “Bakı” - 5,5, “Rəvan” - 5, “Xəzər Lənkəran” - 4, “Simurq” - 3, “Kəpəz” - 2, “Sumqayıt” - 1 xal itirib.
1(1) | Qarabağ | 291.5 |
2(2) | Neftçi | 246.0 |
3(3) | İnter | 234.5 |
4(4) | Xəzər Lənkəran | 134.0 |
5(5) | Qəbələ | 117.0 |
6(7) | Simurq | 104.5 |
7(6) | Bakı | 96.5 |
8(8) | AZAL | 87.0 |
9(9) | Sumqayıt | 69.5 |
10(10) | Rəvan | 48.5 |
11(11) | Turan | 21.0 |
12(12) | Kəpəz | 12.5 |
Rasim ƏLİYEV
Fanat.az