13:36 17.05.2015 628

"Qəbələ" və qaydan rekord, Santos "50"yə çatdı

“Qəbələ” Topaz Premyer Liqasının XXXIV turunda “İnter”lə üz-üzə gəlib. Ev oyununda 1:1 hesablı heç-heçəyə nail olan “qırmızı-qaralar” uğurlu seriyalarına daha bir matç əlavə edib.


Premyer Liqada 11-ci 


Fevralın 15-də “Neftçi” ilə ev oyunundan (1:3) xalsız ayrılan “Qəbələ” 90 gündü çempionat matçlarında uduzmur. Paytaxt təmsilçisi ilə qarşılaşmadan sonraya təsadüf edən seriya müddətində “qırmızı-qaralar” 11 məğlubiyyətsiz matçda 29 xal qazanıb. Komandanın tarixində ən uzun məğlubiyyətsiz oyunlar seriyası 2011-ci ildə qeydə alınıb və 16 matçdan ibarət olub. 2010-cu ildə 12 matçlıq seriyası olan komanda indi tarixinin 3-cü nəticəsinə imza atıb.


Evdə 5-ci


“Qəbələ” öz meydanındakı məğlubiyyətsiz oyunların sayını 5-ə çatdırıb. “Neftçi”yə uduzduqdan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran” (3:1), “Sumqayıt” (2:0), “Simurq” (1:0) və “Qarabağ”la (1:1) ev oyunlarında da məğlubiyyət acısı yaşamayıb. “İnter”lə görüşdə isə ardıcıl 2-ci ev heç-heçəsi qeydə alınıb və yenə eyni nəticə ilə başa çatıb.


12-ci qollu oyun


“Simurq”la fevralın 10-da baş tutan qarşılaşmadan sonra Qriqorçukun yetirmələri 12 matçdı meydanı qolsuz tərk etmir. Həmin görüşlərdə “Qəbələ” 22 dəfə qol sevinci yaşayıb. Klub tarixinin rekorduna imza atan “qırmızı-qaralar” 2006/07 mövsümündən çıxış etdiyi Premyer Liqada daha məhsuldar seriyaya malik olmayıb.


Aleksey Qay rekordunu təkrarladı


“İnter”lə qarşılaşmada hesabı açan Aleksey Qay Premyer Liqada 4-cü qolunu vurub. Maraqlıdı ki, o, bakılılarla III dövrənin paytaxtdakı oyununda da 1 qolla 2:1 hesablı qələbədə pay sahibi olmuşdu. Bu dəfəki qol həm də yarımmüdafiəçinin karyerasının rekordunu təkrarlaması ilə nəticələnib. Belə ki, 2014/15 mövsümünün ilk yarısını “Çernomorets”də keçirən futbolçu Ukrayna Premyer Liqasında da 4 qol vurmuşdu. Bu isə o deməkdi ki, Qay mövsümdə 8-ci çempionat qolunu vurub. Yarımmüdafiəçi üçün indiyədək ən məhsuldar mövsüm olan 2005/06-da da o, 8 dəfə fərqlənmişdi. Həmin vaxt Aleksey “İliçevets”də 8 qola imza atmışdı. 


40-cı heç-heçə


“İnter”lə heç-heçə “Qəbələ”nin ev oyunlarındakı 40-cı bərabərliyidi. Bunların 33-cü Premyer Liqa, 7-si kuboka təsadüf edib. “Qırmızı-qaralar”ın indiyədək öz meydanında keçirdiyi 173 oyunda 85 qələbə və 48 məğlubiyyəti də var. Bu qarşılaşmalarda top fərqi 246-127-di.


Santos 50-yə çatdı


“İnter”lə oyun Rafael Santosun “Qəbələ”də 50-ci oyunu olub. “Qırmızı-qaralar”ın heyətində 2-ci mövsümünü keçirən müdafiəçi 42 çempionat, 6 kubok və 2 avrokubok qarşılaşmasının iştirakçısı olub. Özünün debüt - 2013/14 mövsümündə 15 Premyer Liqa və 3 kubok matçında forma geyən cənubi amerikalı cari mövsümdə 3 turnirin iştirakçısı olub. Avropa Liqasının 2 qarşılaşmasından sonra cənubi amerikalı 27 çempionat və 3 kubok oyununda çıxış edib. Rafael “Qəbələ”də 50 və daha çox oyun keçirən 27-ci futbolçudu.


gabalafc.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X