14:28 29.05.2013 1161

Rüştü Rəçbər: "Yaxın illərdə çox fərqli Azərbaycan futbolu izləyə bilərik"

Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbər “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilmiş Azərbaycan Kubokunun final matçının fasiləsində “APA-Holding” əməkdaşlarının suallarını cavablandırıb...

- Bakıya növbəti səfərinizdə məqsəd nədir? 

- Bura “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun dəvəti ilə gəldik. Gün ərzində bərabər idik. Daha sonra bu klub üçün önəmli olan “Neftçi” ilə Azərbaycan Kubokunun final matçını birgə izlədik. Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Sərvət Yardımcı və keçmiş futbolçu Rıdvan Dilmənlə birgə bura qonaq gəlmişik.

- Türkiyə mətbuatının xəbərinə görə, siz burda idman məktəbi açacaqsınız... 

- Birgə yemək yediyimiz vaxt Mübariz bəy Azərbaycanda idman məktəbi açmaq, xüsusən qapıçı hazırlığı ilə bağlı bəzi layihələrinin olduğunu və bizlərə də vəzifə verilməsinin mümkünlüyünə dair fikirlər səsləndirdi. Biz də bu məsələləri oturub danışacağımızı dedi. Yaxın vaxtlarda belə bir layihəni həyata keçirəcəyik. Bu, Mübariz bəyin düşüncəsidir. Hazırda plan qurulur. Oturub danışaraq, plan qurduqdan sonra bu işi həyata keçirəcəyik.

- Başqa planlarınız var? 

- Yox, elə bir şey yoxdur. Biz bura dəvətlə gəldik. Mübariz bəy üçün vacib matç idi. Həm də o, sevdiyimiz bir insandır. “Yanında olaq” dedik. Artıq bu gecə (dünən – red.) Türkiyəyə qayıdacağıq.

- “Atletiko”nun “Bakı” ilə oyununu izlədiniz. İndi isə kubokun finalına baxdınız. Azərbaycan futbolu haqda düşüncələriniz necədir? 

- Təbii ki, açıq danışsaq, Avropa futbolu ilə müqayisədə siz geridəsiniz. Ancaq yatırılan sərmayəyə, bu idman növünə verilən önəmi gördükcə, Azərbaycan futbolunun çox böyük, daha irəli mövqelərə gedə biləcəyini söyləyə bilərik. Həm AFFA, həm də klubların prezidentləri xüsusən aşağı yaş qruplarına diqqət ayrılması məsələsində böyük işlər görürlər. Çox yaxşı məşqçilərlə yaxın illərdə çox fərqli Azərbaycan futbolu izləyə bilərik.

- “Xəzər Lənkəran”ın formasını geyinmisiniz. Söyləmək olarmı ki, siz bu oyunda cənublulara azarkeşlik edirsiniz? 

- Bu, Mübariz bəyin komandası olduğu üçün və onun dəvəti ilə gəldiyimizdən, əynimizə “Xəzər Lənkəran” formasını geyindik. Forma mənim xoşuma da gəldi. Komandası qalib gələrsə, biz də həm ona, həm də özümüzə görə sevinəcəyik.

- Yaxınlarda da ölkəmizə gəlmişdiniz. İki səfərin nəticəsində hansı təəssüratlarla Türkiyəyə qayıdırsınız? 

- Əslində, Azərbaycan əhali baxımından çox böyük ölkə deyil. Ancaq bunu da deyim ki, kubok finalı kimi əhəmiyyətli matçı daha çox azarkeşin izləyəcəyini gözləyirdim. Belə oyunlarda adətən gördüyümüz izdihamı burada görmürük. Ən azından Türkiyə millisi ilə Bakıya gələrkən çoxlu tamaşaçını tribunalarda görmüşdüm. Düşünürəm ki, belə matçlara azarkeşlərin marağı artmalıdır.

- Sizi nə vaxtsa məşqçi kimi görə biləcəyik? 

- Mən məşqçi işləmək haqda düşünmürəm. Mən futbola idarəetmə sahəsində xidmət etmək istəyirəm. Bütün çalışmalarım da bu istiqamətdədir.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X