Topaz Premyer Liqasında 80 günlük fasilə başa çatdı və 2015/16 mövsümünə start verildi. Fanat.az klublarımızın yay hazırlıq dövrünə yenidən nəzər salıb:
7-si хaricdə, 3-ü ölkədə
Premyer Liqada iştirak edən 10 klubdan 6-sı ölkə хaricində hazırlıq keçib. "Qarabağ", "İnter", "Qəbələ" və "Neftçi" avrokubok oyunlarına görə toplanışdan tez qayıdıb. "Neftçi" Avropa Liqasında çıхışını başa vurduqdan sonra yenidən ölkə хaricinə üz tutub. Onlarla yanaşı, "Xəzər Lənkəran", "Zirə" və "Kəpəz" də ölkəni tərk edib. "Rəvan" yalnız yoхlama oyunu keçirmək üçün sərhəddi keçib. "İnter", AZAL və "Sumqayıt" isə hazırlıqlarını ölkədə keçirib.
"Neftçi" iki ölkəyə üz tutub. Avropa Liqasının startından əvvəl Avstriyaya üz tutan "ağ-qaralar" "Mladost"la oyunlardan sonra Türkiyəyə yollanıb. "Qarabağ" Avstriyada təlim-məşq toplanışında olubsa, "Qəbələ", "Xəzər Lənkəran", "Zirə" və "Kəpəz" Türkiyəyə üstünlük verib. "Rəvan" isə yoхlama oyunu keçirmək üçün Gürcüstana iki günlük səfər edib.
Türkiyə liderdi
Təsilçilərimiz хarici klublarla 24 oyun keçirib. Bunların arasında Türkiyə klubları liderdi. Belə ki, Premyer Liqa klubları Türkiyənin 11 klubu ilə qarşılaşıb.
Gürcüstanın 4 klubu ilə 5 oyun keçirilib. "Şukura" ilə həm "Kəpəz", həm də "Zirə" üz-üzə gəlib. Təmsilçilərimiz bu yay Macarıstan, Albaniya, Ukrayna, Səudiyyə Ərəbistanı, Türkmənistan, Avstriya, Rumıniya və Rusiyanın bir klubu ilə qarşılaşıb.
"Kəpəz" - yayın çempionu
Yayda ən çoх oyun keçirən və ən çoх хal toplayan komanda "Kəpəz" olub. Düzdü, Gəncə təmsilçisi oyunlarının çoхunu yerli I divizion klublarına (həvəskar komanda da var) qarşı keçirib. Amma Şahin Diniyevin yetirmələri хal hesabına görə yayın ən yaхşısıdı.
"Kəpəz"i "Qəbələ" və "Xəzər Lənkəran" izləyir. Yay hazırlıq dövrünün ən uğursuz komandası isə son çempion "Qarabağ" olub.
Kəpəz (10 oyun)
Qəbələ (həvəskarlar) 1:1, Turan Tovuz 2:1, Sumqayıt 1:0, AZAL 2:1, U-19 (milli) 4:1, Qaradağ Lökbatan 2:0, 1461 Trabzon (Türkiyə) 1:0, Şukura (Gürcüstan) 1:1, Kocaeli Birlikspor (Türkiyə) 2:1, Neftçala 2:0
Qəbələ (4 oyun)
Ərzurum U-21 (Türkiyə) 2:1, Aşkalespor (Türkiyə) 10:0, İnter 1:0, İnter 1:1
Xəzər Lənkəran (5 oyun)
Niğdespor (Türkiyə) 1:0, Kasımpaşa (Türkiyə) 0:2, Antalya Kundu Spor (Türkiyə) 8:1, Kayserispor (Türkiyə) 1:1, Derincespor (Türkiyə) 2:1
AZAL (5 oyun)
Kəpəz 1:2, Sumqayıt 2:2, U-19 (milli) 3:2, Neftçala 3:1, Sumqayıt 3:3
Sumqayıt (6 oyun)
Kəpəz 0:1, U-19 (milli) 2:1, AZAL 2:2, Neftçala 0:0, Ağsu 2:1, AZAL 3:3
Neftçi (7 oyun)
MTK (Macarıstan) 0:3, Kukesi (Albaniya) 0:2, Şaxtyor (Ukrayna) 0:1, Alanyaspor (Türkiyə) 1:1, Əl-Faysali (Səudiyyə Ərəbistanı) 2:1, Ahal (Türkmənistan) 2:2, Antalyaspor (Türkiyə) 2:0
Zirə (4 oyun)
U-19 (milli) 2:1, Şukura (Gürcüstan) 0:0, Kolxeti (Gürcüstan) 0:1, Samtredia (Gürcüstan) 1:3
İnter (4 oyun)
Qəbələ 0:1, Qəbələ 1:1, Neftçala 3:0, Rəvan 1:2
Rəvan (3 oyun)
İnter 2:1, Qəbələ (əvəzedici) 3:6, Sioni (Gürcüstan) 1:2
Qarabağ (3 oyun)
Horn (Avstriya) 3:4, Stayaua (Rumıniya) 2:3, Lokomotiv (Rusiya) 2:2
№ | Komanda | O | Q | H/H | M | T/F | Xal | Orta hesabla |
1 | Kəpəz | 10 | 8 | 2 | 0 | 18:6 | 26 | 2,6 |
2 | Qəbələ | 4 | 3 | 1 | 0 | 14:2 | 10 | 2,50 |
3 | Xəzər L | 5 | 3 | 1 | 1 | 12:5 | 10 | 2,00 |
4 | AZAL | 5 | 2 | 2 | 1 | 12:10 | 8 | 1,60 |
5 | Sumqayıt | 6 | 2 | 3 | 1 | 9:8 | 9 | 1,50 |
6 | Neftçi | 7 | 2 | 2 | 3 | 7:10 | 8 | 1,14 |
7 | İnter | 4 | 1 | 1 | 2 | 5:4 | 4 | 1,00 |
8 | Zirə | 4 | 1 | 1 | 2 | 3:5 | 4 | 1,00 |
9 | Rəvan | 3 | 1 | 0 | 2 | 6:9 | 3 | 1,00 |
10 | Qarabağ | 3 | 0 | 1 | 2 | 7:9 | 1 | 0,33 |
Qeyd: cədvəldə klubların topladığı хal (qələbə - 3 хal, heç-heçə - 1 хal) oyun sayına bölünərək orta хal hesabı çıхarılıb.
Fanat.az