Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, məşqdən sonra bəzi futbolçular öz düşüncələrini mətbuatla bölüşüb.
"Neftçi"nin şərəfini qoruyan Araz Abdullayev Berti Foqtsun etimadını doğrultmağa çalışacağını bildirib: “Klubumun son iki oyunda qələbə qazana bilməməsinin yığmadakı oyunuma təsir etməyəcəyini düşünürəm. Əsas məqsədimiz yaxşı oynayıb xal qazanmaqdı. Səfərə də bu məqsədlə çıxırıq. Baş məşqçi meydana buraxsa və hansı mövqedə şans versə, etimadını doğrultmağa çalışacağıq”.
Millinin digər bir üzvü Rüfət Dadaşov da qol vurmaq üçün çalışacağıı söyləyib: “Çətin oyun olacaq, ancaq Bakıya qələbə ilə dönmək istəyirik. İsrail yığmasının bir neçə oyununu izləmişəm. Yaxşı futbolçuları var. Ancaq biz də zəif komanda deyilik. Qol vurmaq üçün əlimdən gələni edəcəm. Hazırda yaxşı formadayam. Millinin və klubumun son oyununda qol vurdum. Kimin qol vurmasının elə də fərqi olmayacaq. Vacib olan komandamızın yaxşı nəticə qazanmasıdı”.
Fanat.az