Bu gün I divizionun püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, mərasim AFFA-nın inzibati binasında təşkil olunub.
2013/14 mövsümündə I divizionda 15 klub çıxış edəcək. Onlardan 11-i ötən mövsüm də aşağı liqada mübarizə aparıb. İki klub son mövsümü Premyer Liqada keçirib və son iki pilləni tutub. Eyni zamanda bir klub yaradalıb, biri fəaliyyətini bərpa edib.
İştirakçıların sayı tək olduğundan hər tur bir komanda istirahət edəcək. İlk turda bu imkandan "Şəmkir" yararlanacaq.
I divizion
I tur
14-15 sentyabr
Turan-T - Araz
Qaradağ - Göyəzən
Neftçala - Karvan
Gnergetik - Lokomotiv
Şuşa - Şahdağ
MOİK - Bakılı
Ağsu - Kəpəz
Fanat.az