Qurban Qurbanov onu da göndərdi "Qarabağ"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Ağdamlıların hücumameyilli yarımmüdafiəçisi Namiq Ələsgərov mövsümün sonuna qədər karyerasını başqa klubda davam etdirəcək.
Sport7.az-ın əldə etdiyi məlumata görə, Ələsgərov icarə əsasında "Kəpəz"ə yollanacaq. Ciddi zədədən qayıdan futbolçu uzun müddət idi ki, komandaya kömək edə bilmirdi.
Qeyd edək ki, buna qədər "Qarabağ" Raydell Puponla yollarını birdəfəlik ayırıb, Eltun Yaqublunu isə icarə əsasında "Sumqayıt"a göndərib.
Fanat.az