Topaz Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"dan ayrılan Yunis Hüseynov cari mövsümdə postunu tərk edən 4-cü baş məşqçi olub.
Ondan əvvəl Premyer Liqanın 3 klubunda baş məşqçi istefası reallaşmışdı. "Neftçi"də Samir Əliyev 12-ci turda istefaya göndərilib. Onu Əsgər Abdullayev əvəzləyib.
"Sumqayıt"da Aqil Məmmədov 11 tur iş başında olub. Onun gedişindən sonra Samir Abbasov iş başına keçib.
Emin Quliyev isə 8-ci turda "Rəvan"dan ayrılıb. Quliyevin yerinə Bəhmən Həsənov keçib.
İstefa verən baş məşqçilər hansı nəticələrə imza atıb?
№ | Məşqçi | O | Q | H/H | M |
1 | Yunis Hüseynov | 18 | 3 | 3 | 12 |
2 | Samir Əliyev | 12 | 3 | 4 | 5 |
3 | Aqil Məmmədov | 11 | 3 | 5 | 3 |
4 | Emin Quliyev | 8 | 0 | 2 | 6 |
Fanat.az