AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" 100 manat cərimlənib. Buna komandanın 4 üzvünün “Xəzər Lənkəran”la oyunda sarı vərəqə alması səbəb olub.
"Rəvan"ın futbolçusu Kənan Müslümov "Zirə" ilə matçın 85-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib.
Əvəzedici heyətlərin çempionatının “Zirə” - “Rəvan” matçında isə meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən klub 500 manat cərimlənib.
Fanat.az