Bir neçə gün bundan öncə I Divizionunun püşkatma mərasimi keçirilmişdi. Mərasim zamanı çempionatda 15 komandanın iştirak edəcəyi qeyd olunmuşdu.
Belə ki, mübarizəyə qoşulmaq istəyən "İçərişəhər"in lazım olan sənədləri vaxtında Peşəkar Futbol Liqasına təqdim edilmədiyindən komanda püşkatmaya qatılmayıb.
Lakin 16-cı komandanın da mübarizəyə qoşulacağı bildirilir. Fanat.az-ın əldə etdiyi məlumata görə "MKT-Araz" da I Divizionda mübarizə aparacaq. Klubun mübarizəyə qoşulma qərarı isə AFFA tərəfindən verilib. Bu gün isə komandanın yığıldığı bildirilir. Hətta bunula bağlı nümayəndələrin İmişli şəhər stadionunu yoxlamağa getməsi də qeyd olunur.Püşkatmaya əsasən isə ikinci turdan mübarizəyə qoşulacaq "Şəmkir" ilk turda "MKT-Araz"la qarşılaşacaq.
Fanat.az