"Xəzər Lənkəran"la oyuna hazırlaşan "Zirə"nin heyətində itkilər var. Fanat.az xəbər verir ki, debütantın 2 futbolçusu zədədən əziyyət çəkir.
Zədə səbəbindən bir müddətdi oynamayan Dieqo Souza Lənkəranda da meydana çıxmayacaq. Braziliyalı hələ də ayağında ağrılar hiss edir.
Onunla yanaşı, Elvin Məmmədovun da zədəsi var. Son turun "Rəvan"la matçında zədə alan yarımmüdafiəçi böyük ehtimalla "Xəzər Lənkəran"a qarşı oynaya bilməyəcək.
Təmkin Xəlilzadə isə cəza səbəbindən kənarda qalacaq. Son turda sarı vərəqə limitini dolduran futbolçu növbəti oyunu buraxmalıdı.
Fanat.az