Nikolas Kanalesin 3-cü dəfə qayıtdığı "Neftçi"də debütü yubanır. Fanat.az xəbər verir ki, buna səbəb çilili forvarından yaxşı formada olmamasıdı.
Son 8 ayda rəsmi oyuna çıxmayan Kanales hələlik fərdi qaydada məşq edir. Bu səbəbdən "Xəzər Lənkəran" və "Qarabağ"a qarşı oynamayan futbolçu "Zirə" matçında da debüt etməyəcək.
Bundan başqa baş məşqçi Əsgər Abdullayev Məqsəd İsayev, Kamran Nəcəfzadə və Məhəmməd Qurbanovun da xidmətindən yararlana bilməyəcək. Hər üç futbolçu zədədən əziyyət çəkir.
Qeyd edək ki, bu gün keçiriləcək “Zirə” - “Neftçi” oyunu saat 15.00-da başlayacaq.
Fanat.az