İngiltərə millisinin AÇ-2024 üçün ilkin heyəti açıqlanıb.
Fanat.Az İngiltərə Futbol Assosasiyasının saytına istinadən xəbər verir ki, heyətdə 33 futbolçu yer alıb.
Baş məşqçi Qaret Sautgeyt qitə birinciliyində onlardan yalnız 26-nın xidmətindən yararlana biləcək.
İngiltərə yığmasının ilkin heyəti belədir:
Qapıçılar: Din Henderson ("Kristal Pelas"), Cordan Pikford ("Everton"), Aaron Ramsdeyl ("Arsenal"), Ceyms Trafford ("Börnli")
Müdafiəçilər: Cerrad Brantueyt ("Everton"), Lyuis Dank ("Brayton"), Co Qomez ("Liverpul"), Mark Quehi ("Kristal Pelas"), Ezri Konsa ("Aston Villa"), Harri Maquayr ("Mançester Yunayted"), Jarell Kuansa ("Liverpul"), Lük Şou ("Mançester Yunayted"), Con Stounz ("Mançester Siti"), Kiran Tripyer ("Nyukasl Yunayted"), Kayl Uoker ("Mançester Siti").
Yarımmüdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Cud Bellingem ("Real"), Konor Qallager ("Çelsi"), Körtis Cons ("Liverpul"), Kobbi Mainu ("Mançester Yunayted"), Deklan Rays ("Arsenal"), Adam Uarton ("Kristal Pelas").
Hücumçular: Carrod Bouen ("Vest Hem"), Ebereçi Eze ("Kristal Pelas"), Fil Foden ("Mançester Siti"), Entoni Qordon ("Nyukasl Yunayted"), Cek Qriliş ("Mançester Siti"), Harri Keyn ("Bayern Münhen"), Ceyms Maddison ("Tottenhem"), Koul Palmer ("Çelsi"), Bukayo Saka ("Arsenal"), Ayvan Toni ("Brentford"), Olli Uotkins ("Aston Villa").
Xatırladaq ki, Almaniyada keçiriləcək AÇ-2024 iyunun 14-dən iyulun 14-dək davam edəcək. İngiltərə millisi Sloveniya, Danimarka və Serbiyaya ilə birlikdə C qrupunda yer alıb.