"Zirə" "Qarbağ"la oyuna ciddi itki ilə çıxacaq. Fanat.az xəbər verir ki, Premyer Liqanın debütantının 4 futbolçusu zədədən əziyyət çəkir.
Belə ki, qapıçı Anar Nəzirov, müdafiəçi Yovan Krneta, yarımmüdafiəçilər Elvin Məmmədov və Dieqo Souzanın zədəsi var. Artıq son iki futbolçunun "Qarabağ"a qarşı oynamayacağı dəqiqdi. Nəzirovla Souzanın durumuna oyun günü aydınlıq gələcək.
Fanat.az