"Zirə" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov Luis Alberto Diezin xidmətindən məhrum olub.
Belə ki, "Tato" ləqəbli futbolçu cəzalı duruma düşüb. "Qarabağ"la oyunun 88-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan ispan yarımmüdafiəçi sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə aldığı 4-cü "sarı" olduğundan XXV turun "Qəbələ" ilə səfər oyununu buraxacaq.
Qeyd edək ki, İspaniyanın "Sportinq" klubundan "Zirə"yə gələn "Tato" Premyer Liqada 4 qol vurub.
Fanat.az